Avropa Liqası: "Qarabağ" ilk ev oyununu keçirəcəyi stadionu açıqladı
Futbol
- 22 oktyabr, 2020
- 16:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" UEFA Avropa Liqasının I qrupundakı ilk ev matçının keçiriləcəyi stadionu açıqlayıb.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Vilyarreal"ına qarşı ikinci turdakı oyun Türkiyədə gerçəkləşəcək.
Qarşılaşma oktyabrın 29-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.
Qeyd edək ki, UEFA-nın qərarına əsasən, "Qarabağ" ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.
Ölkə çempionu ilk tur çərçivəsində bu gün Təl-Əvivdə İsrailin "Makkabi" komandasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
09:50
BP SLB-ni "Qarabağ" yatağı üzrə seysmik məlumatların emalına cəlb edib
Energetika
09:46
Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib
Xarici siyasət
09:38
Naxçıvanda 9 ayda 183 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilib
ASK
09:34
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət
09:33
Məsud Pezeşkian İrəvanda səfərdədir
Region
09:32
Tramp: Zelenskinin pərəstişkarı deyiləm
Digər ölkələr
09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Futbol
09:23
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Fərdi
09:22
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Hadisə