“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır Qazaxıstan millisinin futbolçusu Nurali Alip karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbol
2 Dekabr , 2022 09:25
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır
Nurali Alip

Qazaxıstan millisinin futbolçusu Nurali Alip “Qarabağ” və “Neftçi”nin maraq dairəsindədir.

“Report”un “euro-football.ru”ya istinadən məlumatına görə, müqavilə ilə ölkəsinin “Kayrat” klubuna məxsus olan, ancaq hazırda Rusiya klubu “Zenit”də icarə əsasında çıxış edən gənc oyunçu 3 komandanın gündəmindədir.

Azərbaycan klubları ilə yanaşı, Rusiya Premyer Liqası təmsilçisi “Pari Nijni Novqorod” da onu heyətinə qatmaq istəyir.

Alip oyun praktikasının azlığı səbəbindən komandasını dəyişməyi planlaşdırır. Futbolçu qış transfer dönəmində danışıqlar aparmağa hazırdır.

Qeyd edək ki, “Kayrat”la müqavilə müddəti 2023-cü ilin sonuna qədər olan Nurali Alipin transfer dəyəri 1,2 milyon avroya bərabərdir.

Son xəbərlər

Orphus sistemi