Almaniyalı futbolçu: "Qarabağ" üzərindəki qələbə kluba yaxşı pul qazandıracaq"

Almaniyalı futbolçu: "Qarabağ" üzərindəki qələbə kluba yaxşı pul qazandıracaq" Turnirə Nikosiyada 4:3 hesablı zəfərlə başladıq. Amma kiprlilərə sonrakı matçda məğlub olduq - 0:2. Ötən il Avropa Liqasında Milan, Betis və Olimpiakos kimi daha böyük rəqiblərimiz var idi. Amma hazırkı qrupda da üst səviyyəli komandalardan Sevilya var.
Futbol
12 Dekabr , 2019 12:56
Almaniyalı futbolçu: Qarabağ üzərindəki qələbə kluba yaxşı pul qazandıracaq

"Turnirə Nikosiyada 4:3 hesablı zəfərlə başladıq. Amma kiprlilərə sonrakı matçda məğlub olduq - 0:2. Ötən il Avropa Liqasında "Milan", "Betis" və "Olimpiakos" kimi daha böyük rəqiblərimiz var idi. Amma hazırkı qrupda da üst səviyyəli komandalardan "Sevilya" var".

"Report" "Fupa.net" saytına istinadən xəbər verir ki, bunu Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Dominik Stols Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşacaqları oyundan öncə deyib.

29 yaşlı almaniyalı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə görüşdə xal qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Bunun üçün hər şeyi yoxlamaq niyyətindəyik. Uzun səfər faydalı olmalıdır. Qələbə kluba yaxşı pul qazandıracaq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi