“Qarabağ” UEFA reytinqində irəliləyib
Futbol
- 25 fevral, 2024
- 13:03
Klubların UEFA reytinqi açıqlanıb.
"Report" xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib.
Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.
Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib.
Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib. “Köhlən atlar” “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) geridə qoyub.
Son xəbərlər
10:00
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
Futbol10:00
27 Sentyabr – milli iradənin və fədakarlığın əbədi rəmzi
Qarabağ09:57
Foto
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur
Daxili siyasət09:44
Foto
Vaqif Şəbiyev: Oğlum xidmətə başladıqdan üç ay sonra şəhidlik zirvəsinə ucaldı
Daxili siyasət09:31
Foto
Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət09:13
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Litva komandası ilə üz-üzə gələcək
Futbol09:00
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
Daxili siyasət09:00
Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında sonuncu oyunlarını bu gün keçirəcəklər
Fərdi08:44
Foto