"Qarabağ" UEFA Gənclər Liqasının oyununda "Roma"ya böyük hesabla uduzub

"Qarabağ" UEFA Gənclər Liqasının oyununda "Roma"ya böyük hesabla uduzub Ağdam klubu bu dəfə 3 cavabsız qolla məğlub olub
Futbol
27 Sentyabr , 2017 15:50
Qarabağ UEFA Gənclər Liqasının oyununda Romaya böyük hesabla uduzub

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv II tur çərçivəsində İtaliya təmsilçisi "Roma”nı qəbul edib. Londonda baş tutan ilk matçda "Çelsi"yə 0:5 hesabı ilə uduzan Ağdam klubu bu dəfə 3 cavabsız qolla məğlub olub. Görüşü Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də izləyib. Xorvatiyalı mütəxəssis oyuna AFFA-nın Texniki Departamentinin rəisi Bernhard Lippertlə birgə baxıb. 

Qeyd edək ki, C qrupunda digər oyun Madriddə İspaniya təmsilçisi "Atletiko" ilə İngiltərənin "Çelsi" komandası arasında olacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu
II tur, C qrupu
27 sentyabr
14:00. "Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya) - 0:3
Qollar: Jan Kelar, 11; 60; Mirko Antonuççi, 77
Baş hakim: Horatiu Fesniç
Baş hakimin köməkçiləri: Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
Bakı. "Azərsun Arena”

Xal durumu: "Çelsi”, "Roma", "Atletiko” – 3, "Qarabağ” – 0.

Son xəbərlər

Orphus sistemi