"Qarabağ" uduzmadığı rəqibə, "Sumqayıt" autsayderə qarşı - AFİŞA

"Qarabağ" uduzmadığı rəqibə, "Sumqayıt" autsayderə qarşı - AFİŞA "Qarabağ" "Azersun Arena"da 33 xalla 4-cü olan "Zirə"ni qəbul edəcək
Futbol
4 May , 2021 07:30
Qarabağ uduzmadığı rəqibə, Sumqayıt autsayderə qarşı - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə də 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında 50 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" "Azersun Arena"da 33 xalla 4-cü olan "Zirə"ni qəbul edəcək. Ağdam klubunda İsmayıl İbrahimli cəza, qonaqlarda isə Sertan Taşkın zədə səbəbindən görüşü buraxacaq. Komandalar arasında bunadək baş tutmuş 22 çempionat oyununda "qartallar" qələbə qazanmayıb. Qarşılaşmaların 16-sı "köhlən atlar"ın xeyrinə, 6-sı isə heç-heçə bitib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 48:10. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv son iki görüşdə qalib gəlib.

Turun son oyunu Sumqayıtda keçiriləcək. 33 xalla 3-cü sırada yer alan "gənclik şəhəri" təmsilçisi 22 xalla sonuncu olan "Sabah"la qarşılaşacaq. Qonaqlar bu matçda 5 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafazadə son oyunda qırmızı vərəqə aldıqları üçün, Ramil Şeydayev və Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduqlarından meydan sahiblərinə qarşı oynamayacaq. Paytaxt təmsilçisinin məşqçisi Miloş Yevtiç də son oyunda qırmızı vərəqə görüb. "Sumqayıt"da isə Tellur Mütəllimov sarı vərəqə cazalısıdır.

Komandalar indiyədək Premyer Liqada yubiley sayda - 10 dəfə üz-üzə gəliblər. Bunların beşində "Sumqayıt", üçündə "Sabah" qələbə qazanıb. İki qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 15:10. “Sumqayıt” 8 oyundur meydanı qolsuz tərk etmir. “Sabah” son iki səfərdə qalib gəlib.

Azərbaycan Premyer Liqası

XXV tur

18:00. "Qarabağ" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".

20:15. “Sumqayıt” –“ Sabah”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena".

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi