"Qarabağ" üçün tanış referi

"Qarabağ" üçün tanış referi UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qarabağ"ın Norveç "Molde"si ilə oyununu idarə edəcək Srcan Yovanoviç Ağdam klubu üçün yad sima deyil.
Futbol
9 Sentyabr , 2020 23:00
Qarabağ üçün tanış referi

UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qarabağ"ın Norveç "Molde"si ilə oyununu idarə edəcək Srcan Yovanoviç Ağdam klubu üçün yad sima deyil.

"Report"un məlumatına görə, serbiyalı referi ikinci dəfədir Azərbaycan çempionunun matçına təyinat alıb.

2015-ci ildən beynəlxalq oyunlar idarə edən Yovanoviç 2017/2018 mövsümündə "Qarabağ"ın ÇL-in II təsnifat mərhələsində Gürcüstanda "Samtrediya" ilə cavab görüşünün (1:0) baş hakimi olub.

Sözügedən qarşılaşmada 4 dəfə əlini cibinə atan 34 yaşlı referi hər komandadan 2 futbolçuya sarı vərəqə göstərib. Baş hakim "Qarabağ"ın o vaxtkı heyətindən Rahid Əmirquliyevlə Ağabala Ramazanovu cəzalandırıb. 

Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi