"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın üstünlüyü ilə başlayıb. 2-ci dəqiqədə Filip Ozobiçin fərqlənməsinə qapıçı Yanik Brexer mane olub. Ardınca, Riçar Almeydanın zərbəsi qapının yanından keçib. 9-cu dəqiqədə Elvin Cəfərquliyev də qapıçı səddini keçə bilməyib. Əvəzində 17-ci dəqiqədə Kadi Borges hesabı açıb. Qolun artından İbrahima Vadji əlinə düşən əlverişli imkanı boşa verib. 27 yaşlı seneqallı hücumçu 36-cı dəqiqədə istəyinə çataraq qonaqları növbəti dəfə məyus edib.
İkinci yarının əvvəlində də "Qarabağ" hücum edən tərəf olub. 50-ci dəqiqədən sonra İsveçrə təmsilçisi hücumlarının sayını artırıb. "Sürix"in bir neçə təhlükəli epizodunda qapıçı Şahruddin Məhəmmədəliyev topun qapıdan keçməsinə imkan verməyib. Bir saatın tamamında Filip Ozobiçin yerinə meydana Ramil Şeydayev daxil olub. 65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Qonaqların sevinci çox çəkməyib. Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 71-ci dəqiqədə Elvin Cəfərquliyev yerini Toral Bayramova, Marko Yankoviç isə İsmayıl İbrahimliyə verib. 78-ci dəqiqədə Kvabena Ovusu görüşdə dubl edən İbrahima Vadjinin, Abbas Hüseynov Marko Veşoviçin yerinə meydana daxil olub. 85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib.
Beləliklə, "Qarabağ" ilk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
Foto: Ehtiram Cəbi
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, 85-ci dəqiqədə qonaqların futbolçusu Mirlind Kryeziu penaltini dəqiq yerinə yetirib.
Azərbaycan təmsilçisi hazırda 3:2 hesabı ilə öndədir.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub.
"Report"un məlumatına görə, 65-ci dəqiqədə qonaqların futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.
Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb. Azərbaycan təmsilçisi hazırda 3:1 hesabı ilə öndədir.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra "köhlən atlar" 2:0 hesabı ilə öndədir.
"Qarabağ"ın qollarını 17-ci dəqiqədə Kadi Borges, 36-cı dəqiqədə İbrahima Vadji vurub.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, "köhlən atlar" fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.
"Qarabağ"ın qollarını 17-ci dəqiqədə Kadi Borges, 36-cı dəqiqədə İbrahima Vadji vurub.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, "köhlən atlar" 36-cı dəqiqədə ikinci dəfə rəqibi mərkəzə dəvət edib.
Bu dəfə İbrahima Vadji fərqlənib.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
"Report"un məlumatına görə, "köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib.
"Qarabağ"ın qolunu Kadi Borges vurub.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.
Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.