"Qarabağ" - "Sürix" matçı üçün biletlərin qiyməti açıqlanıb

Futbol
  • 14 iyul, 2022
  • 11:58
Qarabağ - Sürix matçı üçün biletlərin qiyməti açıqlanıb

"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, azarkeşlər biletləri iyulun 15-də saat 11:00-dan əldə edə biləcəklər.

Qiymətlər müvafiq olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn qaydada, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti