“Qarabağ” son yoxlama oyununu keçirib

“Qarabağ” son yoxlama oyununu keçirib Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün son yoxlama oyununu keçirib.
Futbol
15 İyul , 2021 22:29
“Qarabağ” son yoxlama oyununu keçirib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün son yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, rəqib Almaniya "Auqsburq"u olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bütün qollar ilk yarıda vurulub. "Qarabağ" Patrik Andrade və Xayme Romeronin qolları ilə önə çıxsa da, hesabı qoruya bilməyib.

15 iyul

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Auqsburq" - 2:2

"Qarabağ"ən qolları: Patrik Andrade, Xayme Andrade

"Qarabağ"ən start heyəti: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 20. Kadir Borges, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 81. Kevin Medina

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyunlarında Bolqarıstanın MOİK (Sofiya) komandasını 1:0 hesabı ilə udub, Rusiyanın "Arsenal" (Tula) klubuna isə eyni hesabla uduzub.

Son xəbərlər

Orphus sistemi