"Qarabağ" "Sivasspor"la matça ciddi itkilərlə çıxacaq

"Qarabağ" "Sivasspor"la matça ciddi itkilərlə çıxacaq Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaq "Qarabağ" matça itkilərlə çıxacaq.
Futbol
25 Noyabr , 2020 10:44
Qarabağ Sivassporla matça ciddi itkilərlə çıxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaq "Qarabağ" komandası matça itkilərlə çıxacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisinin heyətində Filip Ozobiç cəza üzündən qarşıdakı oyunu buraxacaq. Azərbaycan yığmasının heyətində koronavirus testləri müsbət olan kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov da İstanbula aparılmayıb.

Zədəli olan digər 3 futbolçunun durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. Bunlar Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovdur. Onlar bu gün Türkiyəyə yollanan heyətdə yer alıb. Lakin yalnız Bədavi Hüseynovun vəziyyəti komanda yoldaşlarına nisbətən yaxşıdır.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi