"Qarabağ" - "Şerif" matçının hakimləri dəyişdi

"Qarabağ" - "Şerif" matçının hakimləri dəyişdi UEFA Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib. 
Futbol
700
25 Avqust , 2020 12:16
Qarabağ - Şerif matçının hakimləri dəyişdi
Mikola Balakin

UEFA Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib. 

"Report" xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

UEFA daha əvvəl bu qarşılaşmanı Qazaxıstandan olan hakimlərə həvalə edib. Görüşün baş hakimi Furkat Atajanov olmalı idi. 

Mikola Balakin daha əvvəl 2017/2018 mövsümündə "İnter"in (hazırkı "Keşlə") Serbiya "Mladost"unu 2:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının I təsnifat mərhələsi matçına təyinat alıb. 

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ"ın I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"ni 4:0 hesabı ilə məğlub etdiyi matçı ukraynalı Yaroslav Kozık idarə edib. 

Son xəbərlər

Orphus sistemi