"Qarabağ" - "Şerif" matçının biletləri satışa çıxarılıb

"Qarabağ" - "Şerif" matçının biletləri satışa çıxarılıb Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır
Futbol
22 Avqust , 2018 12:53
Qarabağ - Şerif matçının biletləri satışa çıxarılıb

Bakı. 22 avqust. REPORT.AZ/ "Qarabağ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb. 

"Report"un Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir.

VİP biletlər isə 50 manatadır. Biletlər "Park Bulvar"dakı "Qarabağ" FK Fan-şopunda, Tofiq Bəhramov adına Respublika Stadionun kassalarında, "28 Mall"da və onlayn olaraq iTicket.az saytı vasitəsilə satılır. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - "Şerif" matçı saat 21:00-da start götürəcək. İlk oyun isə avqustun 23-də Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi