Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol klubu qapıçısı İbrahim Şehiçlə müqavilə müddətini artırıb. "Report"un klubun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bosniyalı qapıçı 2017-ci ilədək "Qarabağ"da qalacaq.
36 yaşlı qolkiperlə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, İ.Şehiç 2013-cü ildən "Qarabağ"ın şərəfini qoruyur.