Avropa Liqası: “Qarabağ” səfərdə "Linfild"ə məğlub olub

Avropa Liqası: “Qarabağ” səfərdə "Linfild"ə məğlub olub “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Futbol
23 Avqust , 2019 00:37
Avropa Liqası: “Qarabağ” səfərdə Linfildə məğlub olub

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Şimali İrlandiyada “Linfild”lə üz-üzə gəlib. 

Belfastdakı “Vindzor Park” stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşdə ilk qolu “Qarabağ” vurub. Faysal Rerras 15-ci dəqiqədə fərqlənib. Meydan sahibləri 40-cı dəqiqədə Mark Staffordun qolu ilə tarazlığı bərpa edib. 45+1-ci dəqiqədə isə Şeyn Leyveri “Linfild”i hesabda önə keçirib. 21 yaşlı hücumçu 75-ci dəqiqədə fərqi iki topa çatdırıb. 90+2-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Maqaye Qeye penaltidən fərqlənməklə fərqi azaldıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Son xəbərlər

Orphus sistemi