"Qarabağ" rəsmisi: Kadi üçün “Ferentsvaroş”dan daha yaxşı təklif göndərmişdik

"Qarabağ" rəsmisi: Kadi üçün “Ferentsvaroş”dan daha yaxşı təklif göndərmişdik Biz Kadiyə “Ferentsvaroş”dan daha yaxşı təklif göndərmişdik.
Futbol
10 İyul , 2024 16:37
Qarabağ rəsmisi: Kadi üçün “Ferentsvaroş”dan daha yaxşı təklif göndərmişdik

Biz Kadi üçün “Ferentsvaroş”dan daha yaxşı təklif göndərmişdik.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev komandanın sabiq futbolçusu Kadi Borgesin Rusiyanın "Krasnodar" klubundan Macarıstan təmsilçisi "Ferentsvaroş"a transfer olunmasına münasibət bildirərkən deyib.

Klub rəsmisi futbolçunun “Qarabağ”la danışıqlar apardığını, Azərbaycana qayıtmaq istədiyini söyləyib:

“Kadi “Qarabağ”a gəlmək istəyirdi. Sadəcə, “Krasnodar” klubu buna imkan yaratmadı. Proses qısa müddət ərzində olmayıb. Futbolçu ilə uzun müddət danışıqlar apardıq. Kadinin heç bir etirazı yox idi. Lakin Rusiya klubu onu “Ferentsvaroş”a satdı”.

Qeyd edək ki, Kadi Borges 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunmuşdu.

Son xəbərlər

Orphus sistemi