"Qarabağ" Qara Qarayevlə müqaviləni uzatdı
Futbol
- 08 iyun, 2021
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" klubu futbolçusu Qara Qarayevlə müqavilə müddətini uzadıb.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sözləşməsi daha iki il artırılıb.
Təcrübəli oyunçu bununla bağlı özünün feysbuk səhifəsində paylaşım edib: "Müqaviləmizin müddəti daha 2 il uzadıldı. "Qarabağ" futbol klubunun bir parçası olmaq hər zaman şərəfdir. Layiqli olmağım üçün daha çox çalışacağam. Bu adı daşımaq qürurvericidir".
Azərbaycan millisinin üzvü bölgə klubunun heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Son xəbərlər
22:02
Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədri təyin olunması təklif edilib
Digər ölkələr
21:45
"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Region
21:40
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Region
21:26
Ankara Vaşinqtona Qara dəniz vasitəsilə taxıl tədarükünün təmin olunmasına dair təkliflər təqdim edib
Digər ölkələr
21:23
Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib
Digər ölkələr
21:13
Cüdo üzrə Asiya Kuboku: Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar
Fərdi
21:07
Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
Digər ölkələr
20:42
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
Fərdi
20:41
Lənkəranda oyuncaq silahlı şəxs saxlanılıb
Hadisə