"Qarabağ" qanalı hücumçunun transferini açıqlayıb

"Qarabağ" qanalı hücumçunun transferini açıqlayıb Qarabağ komandası yeni transferini açıqlayıb.
Futbol
23 Yanvar , 2020 13:07
Qarabağ qanalı hücumçunun transferini açıqlayıb

"Qarabağ" komandası yeni transferini açıqlayıb. 

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniya "Leqanes"indən Ovusu Kvabenanın keçidini rəsmiləşdirib. 23 yaşlı qanalı hücumçunun müqaviləsinin detalları barədə məlumat verilməyib. 

Qeyd edək ki, Ovusu Kvabena cari mövsüm icarə əsasında çıxış etdiyi "Kordoba"nın heyətində 16 oyuna çıxıb və 6 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi