Patrik Andradenin agenti "Qarabağ"la danışıqlar üçün Bakıya gəlir

Patrik Andradenin agenti "Qarabağ"la danışıqlar üçün Bakıya gəlir "Çempionluğumuzu böyük "Qarabağ" ailəsi ilə qeyd edirik. Olduqca xoşbəxtik. Ötən il bu sevinc bizə qismət olmadı. Bu mövsümdə isə istəyimiz o qədər çox idi ki, çempionluğu vaxtından əvvəl rəsmiləşdirdik".
Futbol
17 May , 2022 17:11
Patrik Andradenin agenti Qarabağla danışıqlar üçün Bakıya gəlir

"Çempionluğumuzu böyük "Qarabağ" ailəsi ilə qeyd edirik. Olduqca xoşbəxtik. Ötən il bu sevinc bizə qismət olmadı. Bu mövsümdə isə istəyimiz o qədər çox idi ki, çempionluğu vaxtından əvvəl rəsmiləşdirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Kabo-verdeli yarımmüdafiəçi bildirib ki, bundan sonra əsas məqsəd ölkə kubokunun finalında qələbə qazanmaqdır: "Kuboku əldə etməyə çalışacağıq".

Cari mövsümün sonunda Ağdam klubu ilə müqaviləsi başa çatacaq 29 yaşlı oyunçu agentinin yaxın vaxtlarda Bakıya gələcəyini söyləyib: "O, klubla bu məsələni danışacaq. Ümid edirəm ki, hər şey qısa müddətdə həllini tapacaq. Görək, hansı qərara gələcəyik. Detallar barədə danışmaq istəmirəm. İnanıram ki, hər iki tərəf üçün uyğun olan şərtlər razılıq əldə olunacaq".

Andrade "Qarabağ"da özünü xoşbəxt hiss etdiyini vurğulayıb: "Hazırda bura mənim evimdir. Hər şey məni və ailəmi qane edir. Amma gələcək barədə heç nə deyə bilmərəm. Agentimin klubla söhbətindən sonra hər şeyə aydınlıq gələcək".

Son xəbərlər

Orphus sistemi