"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya "Partizani"si ilə keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz biletə 2 manat qiymət qoyulub.
Satışda 5 manat, 10 manat və VİP sektora 50 manata da biletlər mövcuddur. Onları Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən,
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı saat 21:00-da start götürəcək.