"Qarabağ" ölkə kubokunda yeni uğura imza atdı

"Qarabağ" ölkə kubokunda yeni uğura imza atdı Maksim Medvedev kapitanı olduğu komandanın yubiley topuna imza atıb
Futbol
8 Fevral , 2021 15:01
Qarabağ ölkə kubokunda yeni uğura imza atdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün ikiqat yubileylə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, erkən qolla hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley topuna imza atıb.

Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub. Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.

3:0 hesabı ilə qalib gələn ölkə çempionu qapısını toxunulmaz saxlayıb. Ağdam klubu kubokda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tərk edib.

Son xəbərlər

Orphus sistemi