"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlanıb Premyer Liqada IX turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Futbol
21 Oktyabr , 2021 16:10
Qarabağ - Neftçi oyununun vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli məlum olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Oktyabrın 30-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq.

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”

31 oktyabr (bazar)

16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu

18:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

Qeyd edək ki, VIII turun oyunları 23 - 25 oktyabrda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi