"Qarabağ" "Neftçi"nin sabiq futbolçusu ilə müqavilə bağlayacaq

"Qarabağ" "Neftçi"nin sabiq futbolçusu ilə müqavilə bağlayacaq Qarabağ klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Futbol
149
3 İyul , 2019 13:09
Qarabağ Neftçinin sabiq futbolçusu ilə müqavilə bağlayacaq

"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirir. 

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son olaraq Portuqaliyanın "Braqa" komandasında çıxış edən Ailton Silva ölkə çempionunun düşərgəsindədir. 24 yaşlı müdafiəçi tibbi yoxlanışdan sonra Ağdam təmsilçisi ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, Ailton Silva "Braqa"da icarə əsasında çıxış edib. Braziliyalı futbolçu müqavilə ilə Almaniyanın "Ştutqart" komandasına məxsus olub. O, 2015/2016 mövsümündə icarə əsasında "Neftçi"də də çıxış edib. 

Son xəbərlər

Orphus sistemi