"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı “Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Futbol
19 Oktyabr , 2020 10:35
Qarabağ Neftçinin rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edən “Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/2006 mövsümündə belə nəticə əldə etməyib.

"Qarabağ" bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov isə Premyer Liqada 20-ci qolunu vurub. Bu, VI turun “Sabah”la görüşünə təsadüf edib. Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.

O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Ələsgərov “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.

Qeyd edək ki, futbolçu ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.

Son xəbərlər

Orphus sistemi