"Qarabağ" - "Neftçi": Meydan sahiblərinin 4, qonaqların 2 futbolçusu zədəlidir

"Qarabağ" - "Neftçi": Meydan sahiblərinin 4, qonaqların 2 futbolçusu zədəlidir Oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək matç saat 18:30-da başlayacaq
Futbol
28 Oktyabr , 2021 13:06
Qarabağ - Neftçi: Meydan sahiblərinin 4, qonaqların 2 futbolçusu zədəlidir

"Qarabağ"ın 4 futbolçusu "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının IX tur oyununda iştirak etməyəcək.

"Report"un məlumatına görə, əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Paytaxt klubunda isə iki oyunçunun - Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək.

Qeyd edək ki, oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi