"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
Futbol
- 06 may, 2024
- 06:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna XXXIII turda nail olub.
“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə Ağdam təmsilçisinin cari mövsüm öz meydanındakı qol sayı 50-yə yüksəlib.
Bu, klubun tarixində yeni rekorddur. "Köhlən atlar" 2021/22 mövsümündə evdə 47 qol vurub.
Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.
Son xəbərlər
12:01
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Digər
12:00
Azərbaycandakı sığorta şirkətlərinin balans kapitalının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:52
Cəlilabadda yaşayan İkinci Dünya müharibəsinin sonuncu veteranı vəfat edib
Hadisə
11:40
Azərbaycan armatur istehsalını 13 % artırıb
Sənaye
11:35
FT: ABŞ hərbçiləri Britaniyanın Lakenhit aviabazasına PUA hücumunu dəf edib
Digər ölkələr
11:34
"Arsenal" qışda heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırır
Futbol
11:20
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
11:17
İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Xarici siyasət
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye