"Qarabağ" "Makkabi" ilə matç üçün Türkiyəyə yola düşdü

"Qarabağ" "Makkabi" ilə matç üçün Türkiyəyə yola düşdü "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" komandası ilə matç üçün Türkiyəyə yola düşüb.
Futbol
288
2 Dekabr , 2020 11:19
Qarabağ Makkabi ilə matç üçün Türkiyəyə yola düşdü

"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" komandası ilə matç üçün Türkiyəyə yola düşüb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə yer almayıb. Bakı vaxtı ilə saat 16:30-da ölkə çempionunun mətbuat konfransı, 19:30-da isə komandanın son məşqçi baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi