"Qarabağ"ın legioneri həftənin futbolçusu seçilib

"Qarabağ"ın legioneri həftənin futbolçusu seçilib Azərbaycan Premyer Liqasında V turun rəmzi komandası bəlli olub.
Futbol
27 Sentyabr , 2019 17:30
Qarabağın legioneri həftənin futbolçusu seçilib

Azərbaycan Premyer Liqasında V turun rəmzi komandası bəlli olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, "11-liy"ə "Qarabağ"dan 4,  "Sumqayıt" və "Səbail"dən hərəyə 2, "Keşlə", "Zirə" və "Qəbələ"dən 1 oyunçu düşüb. 

Turun futbolçusu isə "Qarabağ"dan Abdullah Zubir olub. 

Qapıçı: Mehdi Cənnətov - 262 (“Sumqayıt”) - 2

Müdafiəçilər: Şəhriyar Rəhimov - 263 (“Səbail”) - 2, Şəhriyar Əliyev - 262 (“Sumqayıt”), Franko Flores – 259 (“Keşlə”) - 2, Abbas Hüseynov - 280 (“Qarabağ”) - 4

Yarımmüdafiəçilər: Abdullah Zubir – 299 (“Qarabağ”) - 2, Yevgeni Koçuk - 257 (“Səbail”), Merab Qiqauri - 280 (“Qəbələ”), Xayme Romero – 288 (“Qarabağ”)

Hücumçular: Xulio Sezar Rodrigez - 241 (“Zirə”) - 2, Maqaye Qeye - 228 (“Qarabağ”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Son xəbərlər

Orphus sistemi