"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırıb

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırıb Qarabağ klubu futbolçusu Con Delarjla yollarını ayırıb.
Futbol
30 Avqust , 2019 13:50
Qarabağ legioner futbolçusu ilə yollarını ayırıb

"Qarabağ" klubu futbolçusu Con Delarjla yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2018-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Con Delarj əsas komanda ilə 19 oyunda meydanda olub və 3 qol vurub. Onunla 2+1 il şərti ilə sözləşmə imzalanmışdı.

Son xəbərlər

Orphus sistemi