UEFA Avropa Liqasının I qrupunda II turun "Qarabağ"la oyununda zədələnmiş İspaniya "Vilyarreal"ının futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, əzələsində yırtıq aşkarlanan 22 yaşlı müdafiəçi 3 həftə meydanlardan kənarda qalacaq.
Bu səbəbdən, istedadlı futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını buraxmalı olacaq. O həmçinin La Liqada "Valyadolid" və "Xetafe", eyni zamanda Avropa Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçlarda da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutmuş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.