"Qarabağ"la oyunda zədələnən futbolçu Bakıda meydana çıxa bilər

"Qarabağ"la oyunda zədələnən futbolçu Bakıda meydana çıxa bilər "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının futbolçusu Erik Botok zədəsini sağaldıb.
Futbol
280
15 Noyabr , 2021 18:15
Qarabağla oyunda zədələnən futbolçu Bakıda meydana çıxa bilər

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının futbolçusu Erik Botok zədəsini sağaldıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.

Evdə Ağdam klubuna 1:4 hesabı ilə uduzduqları qrup matçının 26-cı dəqiqəsində zədələnən 34 yaşlı forvardın elə "köhlən atlar"la Bakıda qarşılaşmada meydana qayıdacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi