"Qarabağ"la oyunda dubl edən hücumçu əfsanəvi oyunçunun rekordunu təkrarlayıb

"Qarabağ"la oyunda dubl edən hücumçu əfsanəvi oyunçunun rekordunu təkrarlayıb Fransa "Marsel"inin futbolçusu Arkadiuş Milik klubun əfsanəvi oyunçusu Jan-Pyer Papenin rekordunu təkrarlayıb.
Futbol
11 Mart , 2022 10:10
Qarabağla oyunda dubl edən hücumçu əfsanəvi oyunçunun rekordunu təkrarlayıb
Arkadiuş Milik

Fransa "Marsel"inin futbolçusu Arkadiuş Milik klubun əfsanəvi oyunçusu Jan-Pyer Papenin rekordunu təkrarlayıb.

"Report" "Opta Jean" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu buna evdə İsveçrə "Bazel"ini 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Komandanın hər iki qoluna imza atan forvard meydanda olduğu ardıcıl 5 qarşılaşmada fərqlənə bilən iki oyunçudan biridir.

Polşalı oyunçu Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Latsio", Türkiyənin "Qalatasaray" və Rusiyanın "Lokomotiv" (Moskva) klubları ilə görüşlərdə qol vurub. Hücumçu Fransada "Qarabağ"ı 3:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında da dubl edib. Milik Bakıda 3:0 hesabı ilə qalib gəldikləri cavab matçında iştirak etməyib.

Qeyd edək ki, Jan-Pyer Papen 1988/1989 mövsümündə ardıcıl 5 avrokubok oyununda qol vurub.

Son xəbərlər

Orphus sistemi