"Qarabağ"la matçdan əvvəl "Sivasspor"da növbəti dəfə koronavirus aşkarlandı

"Qarabağ"la matçdan əvvəl "Sivasspor"da növbəti dəfə koronavirus aşkarlandı "Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyə "Sivasspor"unda koronavirusa yoluxan futbolçuların sayı növbəti dəfə artıb.
Futbol
23 Noyabr , 2020 17:37
Qarabağla matçdan əvvəl Sivassporda növbəti dəfə koronavirus aşkarlandı

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyə "Sivasspor"unda koronavirusa yoluxan futbolçuların sayı növbəti dəfə artıb.

"Report" bölgə təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, komandanın daha bir futbolçusunun testi müsbət nəticə verib.

Beləliklə, "Sivasspor"da koronavirus aşkarlanan oyunçuların sayı 6-a çatıb. Bundan əlavə klubun 1 işçisinin testi də müsbət çıxıb.

İndiyədək onların heç birinin adı açıqlanmayıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi