"Qarabağ"la matçda rekorda imza atmış çex futbolçu: "Bu qol hələ də rekordlar kitabındadır"

"Qarabağ"la matçda rekorda imza atmış çex futbolçu: "Bu qol hələ də rekordlar kitabındadır" “Rəqibin nəticələri öz sözünü deyir, onlar "Şerif"dən daha yaxşı təşkil olunmuş çox keyfiyyətli komandadır. Amma biz Bakıya qalib gəlmək və mümkün olan ən yaxşı nəticəni qazanmaq məqsədi ilə gedirik".
Futbol
16 Avqust , 2022 12:16
Qarabağla matçda rekorda imza atmış çex futbolçu: Bu qol hələ də rekordlar kitabındadır

“Rəqibin nəticələri öz sözünü deyir, onlar "Şerif"dən daha yaxşı təşkil olunmuş çox keyfiyyətli komandadır. Amma biz Bakıya qalib gəlmək və mümkün olan ən yaxşı nəticəni qazanmaq məqsədi ilə gedirik".

"Report"un məlumatına görə, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun futbolçusu Yan Sikora deyib.

28 yaşlı yarımmüdafiəçi Çexiyanın "Slovan" klubunda çıxış etdiyi vaxt Bakıda UEFA Avropa Liqası matçında "Qarabağ"a erkən vurduğu qolu xatırlayıb. O, 2016-cı ilin sentyabrın 15-də Mərdəkanda "Dalğa Arena"da keçirilmiş Avropa Liqasının qrup matçının 10-cu saniyəsində qol vurmaqla turnirin tarixində ən erkən qol müəllifi olub.

Sikora bu haqda danışıb: “Ora getməyi səbirsizliklə gözləyirəm, o yerlə bağlı yaxşı xatirələrim var. Həmin vaxt qarşılaşma heç-heçə bitsə də, orada unudulmaz bir şey etdim. Bu qol hələ də rekordlar kitabındadır, ona görə də mənim üçün həmişə xüsusidir. Amma biz indi tamam başqa matçda, fərqli stadionda oynayacağıq və arzumuzu həyata keçirmək və irəliləmək üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi