"Qarabağ" "Krasnodar"ın futbolçusuna təklif göndərib
Futbol
- 04 iyul, 2023
- 18:45
"Qarabağ" "Krasnodar"ın futbolçusu Sergey Volkov üçün Rusiya klubuna təklif göndərib.
"Report" "sport24.ru" saytına istinadən xəbər verir ki, Kuban təmsilçisi "köhlən atlar"ın istəyini qəbul etməyib.
"Krasnodar" bu ilin qışında "Qarabağ"dan Kadi Borgesi 5 milyon avro qarşılığında heyətinə qatıb. Rusiya təmsilçisi bu transfer üçün Ağdam klubuna cəmi 2 milyon avro ödəyib. Azərbaycan çempionu qalan 3 milyon avro borc qarşılığında ruslardan 21 yaşlı sağ cinah müdafiəçisini istəyib. Lakin "Krasnodar" təklifi müsbət cavablandırmayıb.
Qeyd edək ki, Kadi Borges "Krasnodar"ın heyətində meydana çıxdığı 11 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Son xəbərlər
03:05
İspaniyada sürətli qatarın vaqonları relsdən çıxıb, azı 10 nəfər ölüb
Digər ölkələr02:30
Antonio Koşta Qrenlandiya ilə bağlı fövqəladə iclas çağırıb
Digər ölkələr02:06
Afrika Millətlər Kubokunun qalibi bəlli olub
Futbol02:02
Zelenski Floridada ABŞ ilə aparılan müzakirələrdən danışıb
Digər ölkələr01:33
Kolumbiyada qruplaşmalar arasında atışma 27 nəfərin ölümünə səbəb olub
Digər ölkələr01:07
Ərdoğan Əhməd Əl Şaraaya dəstəyini ifadə edib
Region00:37
Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasını dayandırır
Digər ölkələr00:00
Aİ ABŞ-nin rüsumlarına anoloji cavab verməyi nəzərdən keçirir
Digər ölkələr23:50