"Qarabağ" klubu Riçard Almeydanın "Bursaspor"a keçəcəyinə dair iddialara münasibət bildirib

"Qarabağ" klubu Riçard Almeydanın "Bursaspor"a keçəcəyinə dair iddialara münasibət bildirib Emrah Çelikel: "Bizə heç bir müraciət daxil olmayıb"
Futbol
30 Yanvar , 2018 14:44
Qarabağ klubu Riçard Almeydanın Bursaspora keçəcəyinə dair iddialara münasibət bildirib

Bakı. 30 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu futbolçu Riçard Almeydanın Türkiyənin "Bursaspor" komandası ilə razılığa gəldiyinə dair iddialara münasibət bildirib. 

Ağdam klubunun direktoru Emrah Çelikel "Report"a açıqlamasında "timsahlar"dan onlara heç bir rəsmi müraciətin gəlmədiyini söyləyib. Bununla yanaşı, Çelikel Almeydanın hazırkı müqaviləsinin mövsümün sonunadək nəzərdə tutulduğunu xatırladıb. O, təcrübəli yarımmüdafiəçinin digər klublardan təkliflər almasının normal olduğunu vurğulayıb. 

Qeyd edək ki, "Doğan" agentliyi Riçard Almeydanın "Bursaspor"un təklifini müsbət cavablandırdığını və hazırda iki klub arasında danışıqların getdiyini yazıb. 

Son xəbərlər

Orphus sistemi