“Qarabağ” klubu polşalı futbolçu Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb

“Qarabağ” klubu polşalı futbolçu Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb Polşalı mərkəz müdafiəçisi “Qarabağ”da "52" nömrəli forma ilə çıxış edəcək
Futbol
1093
6 İyul , 2017 17:01
“Qarabağ” klubu polşalı futbolçu Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb

Bakı. 6 iyul. REPORT.AZ/ “Qarabağ” klubu polşalı futbolçu Yakup Jezniçakla münasibətlərini rəsmiləşdirib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik müqavilə imzalayıb.

O, “Qarabağ”da "52" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Yakup Jezniçak peşəkar karyerasına 2003-cü ildə Polşa “Vidzev Lodz”unda başlayıb və cəmi bir il sonra ölkəsinin köklü klublarından “Legiya”ya transfer olub. O, son 13 ilini kapitanı olduğu bu komandada keçirib.

Y.Jezniçak 5 dəfə Polşa çempionu, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb. O, 9 matçda Polşa yığmasının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi