"Qarabağ" klubu Norveç yığmasının futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
Futbol
- 30 yanvar, 2018
- 12:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib.
Bu barədə "Report"a Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan "Olimpiakos"unun istəyilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında "Qarabağ"da çıxış etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini 2017-ci ilin yayında "Olimpiakos"dan 1 illik icarəyə götürüb. Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir.
Son xəbərlər
11:59
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11 % artıb
Biznes
11:58
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Maliyyə
11:57
Naxçıvanda vergi daxilolmaları 11 % artıb
Maliyyə
11:55
Nazir müavini: "Qeyri-neft-qaz sektorunun artımı müəyyən edilmiş hədəfi üstələyir"
Maliyyə
11:52
Foto
Azərbaycan Bolqarıstanla qaz sahəsində əməkdaşlığı müzakirə edib
Energetika
11:52
Milli Məclisdə əhalinin məşğulluğu ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir
Maliyyə
11:50
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Hadisə
11:47
Azər Bayramov: "Azərbaycanın inkişaf prioritetləri uzunmüddətli strateji baxış əsasında həyata keçirilir"
İqtisadiyyat
11:43
"DH Volley"in voleybolçusu Nataliya Qayevska: "LKS ilə matç mənim üçün xüsusi əhəmiyyət daşıyır"
Komanda