"Qarabağ" klubu mövsümün hazırlıqlarına start verib

"Qarabağ" klubu mövsümün hazırlıqlarına start verib Bakı. 12 iyun. REPORT.AZ/ Qarabağ klubu 2018/2019-cu illər mövsümünün hazırlıqlarına start verib.
Futbol
12 İyun , 2018 20:03
Qarabağ klubu mövsümün hazırlıqlarına start verib

Bakı. 12 iyun. REPORT.AZ/ "Qarabağ" klubu 2018/2019-cu illər mövsümünün hazırlıqlarına start verib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, kollektiv günorta saatlarında klubun bazasında bir araya gəlib.

Futbolçular günü axşam məşqi ilə başa vurub. Ağdam təmsilçisinin yeni transferi Filip Ozobiç də komanda ilə ilk məşqinə çıxıb.

Qeyd edək ki, milli komandanın heyətində yer alan futbolçular növbəti günlərdə hazırlığa qoşulacaq.

Son xəbərlər

Orphus sistemi