​"Qarabağ" klubu ilk transferini rəsmiləşdirib

​"Qarabağ" klubu ilk transferini rəsmiləşdirib Futbolçu ilə 2 illik müqavilə imzalanıb
Futbol
16 İyun , 2015 14:03
​Qarabağ klubu ilk transferini rəsmiləşdirib

Bakı. 16 iyun. REPORT.AZ/ "Qarabağ" futbol klubu yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa Liqa 1 təmsilçisi "Lans"da forma geyinən Alharbi El Jadeyaouinin keçidi həll edilib.

Bu gün futbolçuyla 2 illik müqavilə imzalanıb. Alharbi "Qarabağ"da 10 nömrəli futbolkanı daşıyacaq.

Keçidlə bağlı fikirlərini bildirən futbolçu "Qarabağ"ın iddialı klub olduğunu və ötən mövsüm Avropa Liqasında Fransa "Sent –Etyen"i və İtaliya "İnter"i ilə oyunlarını izlədiyini deyib: "Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".

Qeyd edək ki, 29 yaşlı futbolçu yarımmüdafiənin kənar mövqeyində oynayır. Futbolçunun yarımmüdafiənin hər 2 cinahında oynamaq bacarığı var. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbi sonuncu mövsümdə yüksək dəstədə 26 oyuna çıxıb və 3 qola imza atıb. Futbolçu Mərakeş millisinə də dəvət alıb.

Son xəbərlər

Orphus sistemi