"Qarabağ" klubu ikinci transferini reallaşdırıb

"Qarabağ" klubu ikinci transferini reallaşdırıb Bakı. 2 iyun. REPORT.AZ/ Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” klubu ikinci transferini rəsmiləşdirib.
Futbol
2 İyun , 2018 17:10
Qarabağ klubu ikinci transferini reallaşdırıb

Bakı. 2 iyun. REPORT.AZ/ Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” klubu ikinci transferini rəsmiləşdirib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb. Komanda bundan öncə Filip Ozobiçi transfer etdiklərini açıqlamışdı.

Qeyd edək ki, Rahil Məmmədov son olaraq "Səbail"də çıxış edib. 

Son xəbərlər

Orphus sistemi