"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb

"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.
Futbol
17 May , 2022 09:48
Qarabağ klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb

İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.

"Report"un məlumatına görə, yazar bu barədə tviterdə paylaşım edib.

Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.

“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Qeyd edək ki, Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.

Son xəbərlər

Orphus sistemi