"Qarabağ" klubu Avropa kubokları üçün ev arenalarını müəyyənləşdirib

"Qarabağ" klubu Avropa kubokları üçün ev arenalarını müəyyənləşdirib Ağdam komandası UEFA-ya Respublika stadionu və "Dalğa Arena"nı təqdim edib
Futbol
228
3 Yanvar , 2015 11:34
Qarabağ klubu Avropa kubokları üçün ev arenalarını müəyyənləşdirib

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol klubu 2015/2016-cı il mövsümündə Avropa kubokları üçün ev arenalarını müəyyənləşdirib. Klubun mətbuat katibi Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, əsas arena qismində UEFA-ya Tofiq Bəhramov adına Resupblika stadionu təqdim olunub. 

Ehtiyat stadion kimi isə "Dalğa Arena" göstərilib. Klub rəsmisi hazırda Bakının Suraxanı qəsəbəsində inşa olunan 5000 tamaşaçı tutumuna malik stadionun avrokuboklaradək tam hazır olmayacağını bildirib. 

Qeyd edək ki, "Qarabağ"ın gələn mövsüm Avropa kuboklarında ev oyunlarını bu ilin fevralında istifadəyə veriləcək Bakı Olimpiya Stadionunda keçirəcəyi deyilirdi. Hazırda Azərbaycan Premyer Liqasının lideri olan Ağdam komandası yenidən Çempionlar Liqasına vəsiqə qazanmağa ən real namizəd qismində göstərilir.

Son xəbərlər

Orphus sistemi