"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub "Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.
Futbol
7 İyul , 2024 16:43
Qarabağın U-16 komandası beynəlxalq turnirin qalibi olub

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub.

Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur.

Son xəbərlər

Orphus sistemi