"Qarabağ"ın transferə çıxardığı futbolçu Kipr klubuna keçir

"Qarabağ"ın transferə çıxardığı futbolçu Kipr klubuna keçir "Qarabağ"ın futbolçusu Qaspar Panadero Kiprin AEK komandasına keçəcək.
Futbol
28 Yanvar , 2022 09:51
Qarabağın transferə çıxardığı futbolçu Kipr klubuna keçir

"Qarabağ"ın futbolçusu Qaspar Panadero Kiprin AEK komandasına keçəcək.

"Report"un "Goal.com.cy" nəşrinə istinadən məlumatına görə, artıq iki klub arasında şifahi razılıq əldə olunub. Yalnız tərəflər arasında müqavilənin imzalanması qalıb.

"Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı forma geyinib.

Baş məşqçi Qurban Qurbanov Panaderoya qış fasiləsində özünə klub tapmasını tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi