"Qarabağ"ın təxirə salınmış oyununun hakimləri bəlli olub

Futbol
  • 10 may, 2022
  • 13:10
Qarabağın təxirə salınmış oyununun hakimləri bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyuna bütün təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçını Rauf Allahverdiyev idarə edəcək.

12 may (cümə axşamı)

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”