"Qarabağ"dan ayrılan oyunçu ən çox qurtarış edən qapıçıların siyahısında yer alıb

"Qarabağ"dan ayrılan oyunçu ən çox qurtarış edən qapıçıların siyahısında yer alıb Mövsümün ilk yarısında icarə əsasında Qarabağın formasını geyinən Asmir Beqoviç son 10 ildə İngiltərə Premyer Liqasında ən çox qurtarış edən qapıçıların siyahısında yer alıb.
Futbol
2 Yanvar , 2020 09:18
Qarabağdan ayrılan oyunçu ən çox qurtarış edən qapıçıların siyahısında yer alıb

Mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"ın formasını geyinən Asmir Beqoviç son 10 ildə İngiltərə Premyer Liqasında ən çox qurtarış edən qapıçıların siyahısında yer alıb. 

"Report" sportsport.ba saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper bu göstəriciyə görə "5-lik"də qərarlaşıb. Bosniya və Herseqovina yığmasısının üzvü 10 ildə 714 dəfə qurtarış edib.

Birinci yerdə "Uotford"un qolkiperi Ben Foster qərarlaşıb. "Mançester Yunayted"dən David de Xea ikinci (825), "Çelsi" və "Arsenal"ın sabiq üzvü Petr Çex isə (763) üçüncü olub. "Vest Hem"in oyunçusu Lukaş Fabyanski isə 4-cü yeri tutub - 738.

Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsusdur. Onunla ölkənin "Vest Hem", "Derbi" və "Birmingem" komandaları maraqlanır. Beqoviç İngiltərənin "Çelsi", "Stok siti" "Portsmut” klublarının da formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi