"Qarabağ"ın sabiq üzvü 20 ilin ən yaxşısı qapıçısı seçildi

"Qarabağ"ın sabiq üzvü 20 ilin ən yaxşısı qapıçısı seçildi İngiltərənin Stok Siti klubunun ən yaxşı qapıçıları müəyyənləşib.
Futbol
774
7 Aprel , 2020 09:21
Qarabağın sabiq üzvü 20 ilin ən yaxşısı qapıçısı seçildi

İngiltərənin "Stok Siti" klubunun ən yaxşı qapıçıları müəyyənləşib. 

"Report"un məlumatına görə, "Stokesentinel" nəşri XXI əsrdə komandanın ən yaxşı 10 qapıçısının siyahısını açıqlayıb. 

İcarə əsasında İtaliya "Milan"ının formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç 20 ilin ən yaxşı qolkiperi seçilib. 

İkinci yerdə "Stok Siti"nin hazırkı qapıçısı Cek Batlend, üçüncü sırada isə karyerasını bitirən Tomas Sorensen yer alıb. 

Qeyd edək ki, Asmir Beqoviç "Stok Siti"də 2010 - 2015-ci illərdə forma geyinib. Müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus Bosniya və Herseqovina yığmasının üzvü mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.  

Son xəbərlər

Orphus sistemi