"Qarabağ"ın sabiq rəqibinin yeni baş məşqçisi müəyyənləşib

"Qarabağ"ın sabiq rəqibinin yeni baş məşqçisi müəyyənləşib Bakı. 4 sentyabr. REPORT.AZ/ Qarabağın sabiq rəqibi Sloveniya Olimpiyasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
4 Sentyabr , 2018 18:32
Qarabağın sabiq rəqibinin yeni baş məşqçisi müəyyənləşib

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Qarabağın" sabiq rəqibi Sloveniya "Olimpiya"sının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisi avstriyalı mütəxəssis Zoran Barişiçə həvalə olunub. 48 yaşlı baş məşqçi ilə 3 illik müqavilə imzalanıb. Bu, son ölkə çempionunun iyun ayından bəri 3-cü baş məşqçi təyinatıdır.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a məğlub olan "Olimpiya" klubu baş məşqçi İliya Stolitsa ilə yollarını ayırıb. Onu bu postda Aleksandr Linta əvəzləsə də, o, komandanın sükanı arxasında möhkəmlənə bilməyib.

Son xəbərlər

Orphus sistemi