"Qarabağ"ın sabiq qapıçısı vaxtından əvvəl çempion oldu

"Qarabağ"ın sabiq qapıçısı vaxtından əvvəl çempion oldu Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatdırılıb.
Futbol
31 Oktyabr , 2020 10:09
Qarabağın sabiq qapıçısı vaxtından əvvəl çempion oldu
Hannes Halldorsson

Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatdırılıb.

"Report" yerli assosiasiyanın rəsmi saytına istnadən xəbər verir ki, bu addım koronavirus pandemiyası səbəbindən atılıb.

Qərar bu ilin iyununda qurumun idarə heyətinin açıqladığı təhlükəsizlik protokoluna uyğun olaraq qəbul edilib.

18 turdan sonra 44 xalı olan "Valür" klubu sona 4 oyun qalmış çempion elan olunub. 2018/2019 mövsümündə "Qarabağ"ın formasını geyinmiş İslandiya millisinin qapıçısı Hannes Halldorsson hazırda bu komandada çıxış edir.

Son xəbərlər

Orphus sistemi